Yol polisi Gəncədə reydlərə başladı

Yol polisi Gəncədə reydlərə başladı

Gəncə şəhər yol polisi əməkdaşları şəhərdə son zamanlar yol-nəqliyyat hadisələrinin çoxluğu, eləcə də qayda pozuntularını nəzərə alaraq reydlərə başlayıb. Reydlər əsasən şəhərin mərkəzi küçə və prospektlərində aparılıb.

SİA-nın bölgə müxbirinin xəbərinə görə, təxminən 2 saat ərzində aparılan yoxlamalar zamanı 10-dan artıq qayda pozuntusuna yol verən sürücü cərimələnib, bəzi sürücülərin avtomobiləri cərimə meydançasına paraılıb.

Reydlərdə sürücülərin avtomobilləri sənədsiz idarə etməsi, eyni zamanda, müxtəlif qadağan olunmuş avadanlıq və qurğuların quraşdırılması, avtomobillərin istesal xüsusiyyətlərinin dəyişdirilməsi xüsusi diqqət mərkəzində olub.

Bəzi sürücülər isə yol polislərinin dur əmrinə məhəl qoymaqdan belə çəkinməyiblər.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə