Bu gün Azərbaycan siyasi xadimlərinin olduğu vertolyotun ermənilər tərəfindən vurulmasından 22 il ötür. SİA-nın məlumatına görə, Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsidir.
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.
Ilkin variantda bildirilib ki, helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf edilib. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB