ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın noyabrın 19-u Vyanada keçirilmiş görüşünün nəticələri ilə bağlı bəyanat veriblər.
Məlumata görə, bəyanatda deyilir: "Təkbətək görüşdə və onun ardınca həmsədrlərin, xarici işlər nazirlərinin də qatıldığı işgüzar görüş zamanı prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir çox məsələləri müzakirə ediblər. İlham Əliyev və Serj Sərkisyan məsələnin dinc yolla həllinə yönəlmiş gələcək danışıqlara impuls verməyə razılaşıblar və xarici işlər nazirlərinə həmsədrlərlə birlikdə məsələnin sülh yolu ilə həlli məqsədilə görülmüş işlər əsasında prosesi davam etdirməyi tapşırıblar. Onlar yaxın aylarda yenidən görüşəcəkləri ilə bağlı razılığa gəliblər".
Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri başa çatıb. Dövlət başçısı Vyana aeroportundan yola düşüb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB