Fizikası sahəsində apardılan tədqiqatların nəticələri barədə hesabat veriləcək

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun alimləri avropalı həmkarları ilə birgə nüvə fizikası sahəsində apardıqları tədqiqatların nəticələri barədə hesabat verəcək. SİA-nın verdiyi məlumata görə, bu məqsədlə noyabrın 21-də institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov və laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Övsət Abidinov Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam olunacaqlar. Üç günlük ezamiyyət çərçivəsində Ukrayna, Belarus, Polşa, Çexiya və digər ölkələrin nümayəndələri ilə birgə aparılmış tədqiqatların nəticələri və gələcək planlar müzakirə olunacaq.

Noyabrın 24-də isə Ö.Abidinov, institutun elmi işçisi Şəhla Xəlilova və Rusiyada uzun müddətli tədqiqat aparan gənc alim Faiq Əhmədov İsveçrəyə ezam olunacaqlar. Cenevrədə yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzində ATLAS kollaborasiyası çərçivəsində aparılan müştərək elmi tədqiqatlar müzakirə olunacaq. İyirmi günlük ezamiyyət müddətində aparılacaq müzakirələrdə Almaniya, Fransa, İtaliya və digər öləkələrin alimlərinin də iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə