22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə bütün ədliyyə işçilərini təbrik etdi.
Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə hər il noyabr ayının 22-nin ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu diqqətə çatdıran S.Mikayılov qeyd etdi ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar, o cümlədən hüquqi islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyəti bərqərar olub.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən bir neçə ədliyyə sistemi işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB