Yevlax şəhəri ərazisində 11 ton 168 kiloqramdan artıq çətənə bitkisi məhv edilib. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yevlax şəhər polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər nəticəsində Yevlax şəhər Əcəmi bələdiyyəsi ərazisində 25527 ədəd, çəkisi 3 ton 458 kiloqram, Aran bələdiyyəsi ərazisində 10124 ədəd, çəkisi 900 kiloqram, Qaramallı bələdiyyəsi ərazisində 26480 ədəd, çəkisi 3 ton 452 kiloqram və Varvara bələdiyyəsi ərazisində 23676 ədəd, çəkisi 3 ton 358 kiloqram – ümumilikdə 85807 ədəd və 11 ton 168 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.
Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər nəticəsində isə Ağstafa rayonunun inzibati ərazisində 13364 ədəd, cəmi çəkisi 12 ton 600 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB