Ağstafada ev quşları xəstəliyə yoluxub

Ağstafada ev quşları xəstəliyə yoluxub

Ağstafa rayonunun Qaçaq Kərəm kəndində bəzi sakinlərin saxladıqları ev quşları xəstəliyə yoluxub. SİA-nın bölgə müxbirinin məlumatına görə təsərrüfat sahibləri bildirir ki, son günlərdə toyuq-cücələrinin müəyyən yerlərində şiş yaranır, sonra ağızlarından selik ifraz olunur, daha sonra isə ev quşları ölür.

Bunun qarşısını almaq üçün sakinlər toyuq-cücəni kəsərək bişirsə də vəziyytədən narahatdırlar. Çünkü ev quşlarının hansı xəsətlikdən ölməsi hələ ki müəyyənləşməyib.

Sakinlər bildirir ki, xəstəliyə yoluxan quşlar cəmi 2 gün yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə