"Bildiyiniz kimi, Azərbaycanın 20 % torpaqları işğal altındadır. 1 milyondan çox qaçqın və məcburi köçkünlərimiz var. Sözsüz ki, həmin insanların arasında gənclər çoxluq təşkil edir". SİA-nın məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov gənc miqrantlarla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, gənc miqrantlar Azərbaycandan kənarda müxtəlif ölkələrdə, o cümlədən Rusiya, Ukrayna və digər ölkələrdə işləyirlər: "Təbii ki, bu məsələ bizi düşündürən vacib problemlərdən biridir. Bu məsələ hər zaman diqqətimizdədir. İstərdik ki, həmin gənc miqrantlar daim diqqət mərkəzimizdə olsunlar. Təhsil və işlə bağlı ölkəmizə gələn gənc miqrantların Azərbaycandan getməməsi üçün əlimizdən gələni etməli və onlar üçün lazımi işlərlə təmin etməliyik. Çalışmaq lazımdır ki, dünyanın tanınmış universitetlərini bitirən gənclər Azərbaycanın gələcək inkişafına öz tövhələrini verə bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB