Səbail rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev tədbir iştirakçıları və qonaqları salamlayaraq, əlamətdar günün əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, ölkədə ictimai-siyasi prosseslərin kifayət qədər mürəkkəb şəraitdə cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas və aparıcı siyasi qüvvəyə çevrilən siyasi qurum olub.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddət ərzində ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində Ümummmilli liderimiz Heydər Əliyevin əvəzsiz rolu, 21 il ərzində partiyanın əldə etdiyi nailiyyətlər, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirdiyi işlər barədə geniş məruzə ilə çıxış edib.
Toplantıda çıxış edən digər natiqlər Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının uğurlarından danışıblar.
Qeyd olunub ki, ölkədə əldə olunan uğurlar YAP-ın hər bir üzvünün sevincidir. Bundan sonra da ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında hər bir YAP üzvü böyük qələbələrə imza atacaq.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənmiş bir qrup veterana Fəxri Fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB