20 noyabr Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdür. SİA-nın məlumatına görə, Gültəkin Məlik qızı Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində anadan olub.
O, peşəkar həkim kimi 1992-ci il aprelin 4-də könüllü olaraq cəbhəyə gedib, Turşsu, Şuşa, Laçın, Qubadlı və digər yerlərdə əsgərlərə tibbi yardım göstərib, onlarla insanın həyatını xilas edib.
1992-ci il iyunun 20-də Aranzəmin-Naxçıvanik istiqamətində gedən döyüşlərdə həlak olub.
1993-cü il noyabrın 20-də ona Milli Qəhrəman adı verilib və Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Oxuduğu 200 saylı məktəb, Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, Bakı şəhəri Nərimanov rayonunda büstü qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB