Sabah 11-13 dərəcə isti olacaq

"Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, noyabrın 20-də paytaxtda və yarımadada havanın temperaturunun gecə 7-9, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Məlumata əsasən, ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı etimal olunur: "Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun aran rayonlarında gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyədək şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə