Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilən "Təmiz Qala" layihəsinin maarifləndirmə proqramı çərçivəsində noyabrın 15-də Qala qəsəbəsində başlanan "Yenidən istifadə et. Azalt. Çeşidlə" ("Reuse. Reduce. Recycle.") şüarı altında uşaqlar arasında ikinci beynəlxalq konfrans başa çatıb.
SİA-nın verdiyi məlumata görə, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, Ukrayna və s. ölkələrdən olan məktəblilərin də iştirak etdiyi konfransın məqsədi uşaqların ətraf mühitin mühafizəsində iştirakı, tullantıların düzgün zərərsizləşdirilməsi metodlarının öyrənilməsi, məişət tullantılarının çeşidlənməsi, təbii ehtiyatlara qənaət kimi mövzularda müzakirələrin aparılması və bununla da məlumatlılıq səviyyəsinin artırılması, həmçinin müxtəlif ölkələrdən olan məktəblilər arasında bu sahədə bilik mübadiləsinin dəstəklənməsidi.
Konfransın birinci günü "Təmiz Şəhər" ASC-nin İdarə heyətinin sədr müavini Etibar Abbasov gənc iştirakçıları salamlamış və ekologiya və ətraf mühitə göstərdikləri diqqətə görə gənclərə təşəkkür edib.
Konfransın ikinci günü iştirakçılar Bakı şəhərində tullantıların idarə edilməsi sistemi ilə əyani tanış olmaq üçün Balaxanı qəsəbəsində fəaliyyət göstərən Bərk Məişət Tullanatılarının Çeşidlənməsi Zavodunda və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub. Burada iştirakçılara zavodların fəaliyyətinə dair təqdimatlar və videoçarxlar nümayiş etdirilib. Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun idarəetmə otağını ziyarət edən məktəblilər zavodda gedən prosesləri buradan izləyib.
Tədbir çərçivəsində gənc iştirakçılar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlar Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olub.
Tədbirin bağlanış mərasimi noyabr 17-də "Excelsior Hotel"də keçirilib.
Tədbirdə çıxış edən "Təmiz Şəhər" ASC-nin Layihələrin İdarəedilməsi və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov bu cür tədbirlərin keçirilməsində məqsədin ətraf mühitin mühafizəsi və yaşadığımız mühitin sağlamlaşdırılması sahəsində gənclər tərəfindən bilik mübadiləsinin təşkil edilməsi olduğunu vurğulanıb. Tədbir çərçivəsində gənc iştirakçılar 3 gün ərzində hazırladıqları təqdimatları, tullantıların idarəedilməsi və ümumiyyətlə ekologiya sahəsində biliklərini bölüşüblər.
Tədbirin sonunda bütün iştirakçılar diplomlarla və hədiyyələrlə təltif edilib.
Konfransın keçirilməsinə "EkoSfera" İctimai Birliyi tərəfindən təşkilati dəstək göstərilib.
Qeyd edək ki, tullantıların idarə edilməsi sahəsində uşaqlar arasında "Yenidən istifadə et. Azalt. Çeşidlə." birinci beynəlxalq konfransı 15-16 noyabr 2012-ci il tarixində Qala qəsəbəsində keçirilib.
.jpg)

.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB