Gəncədə sənişindaşımaya nəzarət gücləndirilib FOTO

Gəncədə sənişindaşımaya nəzarət gücləndirilib FOTO

Gəncədə sərnişindaşıma ilə məşğul olan sənədsiz sürücülərə qarşı reyd keçirilib. SİA-nın məlumatına görə, yoxlamalar zamanı sükan arxasına sənədsiz əyləşən xeyli sayda sürücü aşkarlanıb.

Yerli nəqliyyat departamentinin müfəttişləri şəhər avtovağzalının ətrafında paytaxt Bakıya və bölgələrə qanunsuz sərnişin daşıyan sürücülərə qarşı reyd keçirib. Reyd zamanı Avtobus və mikroavtobuslarla yanaşı rayonlararası taksi fəaliyyəti ilə məşğul olan sürüclər də nəzərdən qaçmayıb.

Lisenziyası və fərqlənmə nişanı olmayan belə sürücülər müxtəlif yollarla özlərinə haqq qazandırmağa çalışıb.

Ümumilikdə reyd zamanı 50-dən çox avtobus və mikroavtobus sürücüsünün sənədləri yoxlanılıb. Onlardan 20-ə yaxın sürücünün sənədləri qaydasında olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə