Musa Quliyev: İcbari tibbi sığortanın təbiqi ilə vətəndaşların imkanları yaxşılaşacaq

Musa Quliyev: İcbari tibbi sığortanın təbiqi ilə vətəndaşların imkanları yaxşılaşacaq

"Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Valyuta fondunun apardıqları tətqiqatlara görə, Azərbaycan vətəndaşı bu gün səhiyyə xərclərinin 70%-ni öz cibindən ödəyir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. M.Quliyev eyni zamanda qeyd edib ki, bunları ən azı minimuma endirmək mümkündür: "Bunun üçün icbari tibbi sığorta tətbiq edilməlidir. Belə ki, icbari tibbi sığortanın təbiqi ilə həm səhiyyənin həm də vətəndaşın imkanları yaxşılaşacaq".

Millət vəkili səhiyyə sahəsində mövcud irəliləyişlərə də toxunaraq, yerli həkimlərin xaricdə təhsil almalarından və bu il ilk dəfə rezidentura təhsilinin tətbiqindən də danışdı: "Sevindirici haldır ki, bu gün səhiyyədə müəyyən irəliləyişlər var. Dövlət proqramı çərçivəsində bu gün yerli həkimlər xaricdə dövlət hesabına təhsil alırlar, təkmilləşdirmə kursları keçirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə