ARGTMŞ nümayəndə heyəti Strasburqda keçirilən beynəlxalq konfransda iştirak edib
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndə heyəti Fransanın Strasburq şəhərində keçirilən beynəlxalq konfransda iştirak ediblər. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Avropa Şurasının "No Hate Speech" Movement – "Nifrət Nitqinə Yox" Hərəkatının Kampaniyası milli koordinatoru və ARGTMŞ-nin üzv təşkilatlarla iş üzrə katibliyinin işçisi Rəvanə Həşimova, "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyası Milli Komitənin üzvü və eyni zamanda ARGTMŞ-nin beynəlxalq əlaqələr üzrə katibliyinin işçisi Təranə Həsənova və ARGTMŞ-nin ictimaiyyətlə əlaqələr üzrə katibliyin işçisi İsfəndiyar Əmrahov 2013-cü il noyabr ayında adı çəkilən hərəkatın "Nifrət Nitqi əleyhinə gənclərin şəbəkələşməsi, onların fəaliyyətlərinin planlaşdırılması" haqqında konfransda iştirak ediblər. Tədbirdə 40-dan çox ölkənin nümayəndələri təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB