Ulduzlar əzmlə çalışmağı məsləhət bilir

Ulduzlar əzmlə çalışmağı məsləhət bilir

OĞLAQLAR bu həftə dostlarına və qohumlarına güvənməlidirlər. Onların köməyi sayəsində bütün işləriniz yağ kimi gedəcək, bir çox problemləriniz arxa plana keçəcəkdir. Karyera ilə bağlı ciddi qərarlar qəbul etməyə hazır olun. İşdəki mövqeyiniz seçiminizdən asılı olacaqdır.

DOLÇALAR yeni layihənin üzərində ciddi şəkildə işləməlidirlər. Hadisələrin uğurlu gedişatı sayəsində planlarınız yavaş-yavaş həyata keçəcək və arzu olunan nəticələrə gətirib çıxaracaqdır. Mübahisəli məsələlərdə ancaq özünüzə güvənməlisiniz. Üzərinizə qoyulan əlavə öhdəlikləri yerinə yetirmək üçün əzmlə çalışmalısınız.

BALIQLAR hadisələrin uğurlu gedişatı sayəsində işgüzar xarakterli məsələləri asanlıqla həll edəcəklər. Nəticədə nəinki ümidsiz layihələrə həyat bəxş edəcəksiniz, həm də onları mükəmməl şəkildə reallaşdıracaqsınız. Bu da peşəkarlığınızın və çətin anlarda həmişə düzgün qərar qəbul etmək bacarığınızın parlaq nümayişi olacaqdır.

QOÇLAR imkanlarını düzgün qiymətləndirməlidirlər. Bu günlər yalnız gücünüz çatan işləri planlaşdırmalısınız. Əks halda üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirə bilməyəcəksiniz. Nəticədə nüfuzunuza xələl gələcəkdir. Bu həftə yaradıcılıq ideyalarının reallaşması üçün çox uğurludur.

BUĞALAR bu həftə işləmək əzmi ilə fərqlənəcəklər. Amma təmkinli olmalısınız, çünki hadisələrə qeyri-standart yanaşmanız, kəskin fikirləriniz rəhbərliyi hiddətləndirə, həmkarlarınızın narazılığına səbəb ola bilər. İş adamları biznes əlaqələrini əsaslı təhlil etməli, bəzi əlaqələri məhdudlaşdırmalıdırlar.

ƏKİZLƏRi işgüzar sahədə uğurlar gözləyir. Tanışlarınızdan və faydalı əlaqələrinizdən mümkün qədər səmərəli istifadə etməlisiniz. İşdəki problemləriniz sürətlə və asanlıqla həll olunacaqdır ki, bu da işlərinizi yekunlaşdırmağa kömək edəcəkdir. İdeyalarınızı həyata keçirmək üçün dostlarınızın və həmkarlarınızın köməyinə ehtiyacınız vardır.

XƏRÇƏNGLƏR yeni işgüzar əlaqələr qurmalıdırlar. Bu həftə görüşlər, məsləhətləşmələr və danışıqlarla zəngin olacaqdır. Üstəlik, professional sahədə uğur qazanacaq, lazımlı adamlarla tanış olacaqsınız. Onların sayəsində karyera yüksəlişi arzularınız gerçəkləşəcəkdir.

ŞİRLƏRİN qarşısında əla imkanlar açılacaqdır. Bunun sayəsində həyatınızda gözəl dəyişiklər olacaqdır. Həftə maliyyə baxımından uğurlu və sabitdir. Bu dövrdə yeni gəlirlər və maliyyə problemlərin uğurlu həlli gözlənilir. Cəsarətlə çətin məsələləri həll edə bilərsiniz. Sizi dəstəkləyəcəklər.

QIZLAR bu həftə yeni maliyyə imkanlarına ümid bəsləyə bilərlər. Vaxtı gələndə həmin imkanlar ailə büdcənizin əsasını təşkil edəcəkdir. Vəzifənizin artırıla bilər. Sizi nüfuzlu adamlarla tanışlıq gözləyir. Onların sayəsində karyeranız sürətlə inkişaf edəcəkdir.

TƏRƏZİLƏRİ yeni tanışlıqlar, görüşlər və maraqlı səfər gözləyir. Yeni insanlar sizə yeni ideyalar və yeni perspektivlər bəxş edəcəklər. Bu da xidməti və ictimai vəziyyətinizdə müsbət dəyişikliklərin əsasını qoyacaqdır. Həftə sonu köhnə tanışlarınıza rast gəlib, vaxtınızı maraqlı keçirəcəksiniz.

ƏQRƏBLƏR bu həftə işgüzar fəallıq nümayiş etdirməlidirlər. Həftə maliyyə razılaşmaları imzalamaq və pul məsələlərini həll etmək baxımından əlverişlidir. Yeni işgüzar tərəfdaşlarla birlikdə başladığınız layihələr sürətlə həyata keçəcək və sanballı gəlir gətirəcəkdir. Bunun üçün fəaliyyət sahənizi genişləndirməyə çalışmalısınız.

OXATANLAR bu həftə təşkilatı məsələlərin həlli ilə məşğul olacaqlar. Səylərinizi yeni birgə fəaliyyət proqramlarının axtarışına yönəltməlisiniz. Həftə sonunu doğmalarınızın və yaxınlarınızın əhatəsində keçirməli, evinizdə səliqə-sahman yaratmalısınız. Bu işdə ailə üzvlərinizin köməyinə bel bağlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə