Musa Quliyev: Əcnəbi həkimlər işləmək üçün icazə kağızı almalıdırlar
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev ölkəyə turist vizası ilə gələrək burada çalışan əcnəbi həkimlərə dair SİA-nın sualını cavablandırıb.
Millət vəkilinin fikrincə, Azərbaycana xaricdən gələn həkimlərin çalışması yolverilməzdir: "Fikrimcə, səhiyyə strukturları da bu cür çalışan həkimlərə nəzarəti gücləndirməlidir. Əks halda zərər çəkən məhz öz xəstələrimiz olur. 3 günlüyünə gəlib cərrahiyyə əməliyyatı və ya müayinə edən həkim pulunu yığıb getdikdən sonra onun xəstələri hara müraciət edəcəklərini bilmir. Bu, birmənalı olaraq yolverilməzdir. Miqrasiya xidməti də bu istiqamətdə nəzarətini gücləndirməlidir".
Musa Quliyevin sözlərinə görə, həmin həkimlər iş müqaviləsi əsasında gəlməli və miqrasiyaya müəyyən rüsum ödəməli, daha sonra işləmək haqqında icazə kağızı almalıdır: " Bu prosesin tənzimlənməsi üçün ciddi nəzarətə ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB