"Gənc məzunların təhsildən sonrakı ictimai həyatının stimullaşdırılması" FOTO
Przident Yanında Gənclər Fondunun dəstəyi ilə "Müasir Gənclik və Sosial İnkşaf" İctimai Birliyinin təşkilatçılığı ilə İsmayıllı və Qəbələ rayonlarında "Gənc məzunların təhsildən sonrakı ictimai həyatının stimullaşdırılması" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri açıq elan edən İB-nin sədri Etibar Əsədov bildirib ki, ölkə başçısı İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısı hər zaman göz önündədir: "Hər zaman gənclərin hərtərəfli inkişafı və stimullaşdırılmasına yönələn yeni qanunlar qəbul edilir. Gənclərin, yeniyetmələrin inkişafı, eləcə də gənclər siyasəti, təhsil haqqında da qəbul edilən qanunlar da bunun bariz nümunəsidir".
O, həmçinin qeyd edib ki, regionlarda istedadlı gənclər kapitalı informasiya texnologiyaları vasitəsilə davamlı şəkildə təbliğ olunmalıdır: "Sahibkarlar potensiallı gənclərin imkanlarından istifadə etməlidir".
Daha sonra çıxış edən təlimçi Dadaş Əliyev isə vurğulayıb ki, cəmiyyət həyatında passiv vəziyyətdə olan, işsiz qalan məzunların yerli hakimiyyət strukturları, dövlət və özəl təşkilatlar, sahibkarlar, KİV-lə əməkdaşlıq və informasiya mübadiləsi işinin qurulması onların fəaliyyət aktivliyinin genişlənməsinə, informasiya ötürücülüyünə səbəb ola bilər.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB