Noyabrın 16-da Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğun təşkilati dəstəyi ilə Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan dostluq cəmiyyətinin 20 illik fəaliyyəti illə əlaqədar olaraq yubiley tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, Ulu öndər Heydər Əliyevin adını daşıyan, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində, Azərbaycanın Qazaxıstanda təbliği və yüksək səviyyədə təmsil olunmasında, xüsusi ilə iki ölkənin ictimai elitası arasında əlaqələrin genişlənməsində Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin əvəzolunmaz rolu olub.
Tədbir zamanı cəmiyyətin fəaliyyəti dövründə öz töhfəsini vermiş şəxslərə cəmiyyətin prezidenti Eldar Günaydın tərəfindən müxtəlif fəxri fərmanlar təqdim edilib.
Qeyd edilib ki, tədbir zamanı Qazaxstanın Azərbaycan Respublikasındakı səfirliyinin konsulu Məqsəd Nurmaqambetov çıxış edərək, iki ölkə arasında, xüsusən də, Manqistau vilayəti ilə bağlı fəaliyyətlərinə görə ölkəmizin yeddi nüfüzlu şəxsinin Qaxazstanın Manqistau vilayətinin 40 illik yubileyi ilə əlaqədar təsis olunmuş medallarla təltif olunduğunu bildirmiş və həmin medalları təqdim edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycan-Qazaxıstan dostluq cəmiyyətinin sədri Eldar Günaydın, cəmiyyətin vitse-prezidentləri xalq yazıçısı Çingiz Abdullayev, xalq rəssamı Ömər Eldarov, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov və Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyasının prezidenti Rafat Əliyev qeyd olunan medallarla təltif olunub.
Tədbir zamanı rəssamlar Nadir Çopuroğlu, Təranə Məmmədova və Ələkbər Məmmədovun əsərləri nümayiş etdirilib, rəqs qrupları və vokal ifaçılar çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB