Nazir Şirvanda vətəndaşları qəbul edib FOTO

Nazir Şirvanda vətəndaşları qəbul edib FOTO

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şirvanda vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün nazir Şirvan şəhərində yerləşən Mədəniyyət Evində Şirvan şəhəri də daxil olmaqla, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Beyləqan, Xocavənd, Zərdab, Ağcabədi, Laçın və Fizuli rayonlarından olan 40-dan çox vətəndaşı qəbul edib. Qəbul zamanı nazir, vətəndaşların təklif və müraciətləri dinləyib.

Qeyd edək ki, nazir qaldırılan məsələlərlə bağlı araşdırma aparılacağını və tədbirlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə