Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 9-13 dekabr, 2013-cü ildə "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" adlı layihəni Bakıda həyata keçirəcək. AGAT-dan SİA- ya verilən məlumata görə, layihənin məqsədi Azərbaycanın avrointeqrasiya prosesində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri: əsasən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və enerji siyasəti ilə bağlı müzakirələrin təşkil edilməsidir.
Forumun əsas mövzuları "Avropaya İnteqrasiya prosesində şərq tərəfdaşlığı siyasətində Azərbaycanın rolu", "Avropa təsisatlarında Azərbaycan gənclərinin fəaliyyətinin aktivliyi", "Azərbaycanın Avroatlantik məkanda inkişaf perspektivləri" ,"Şərq tərəfdaşlığı" və s. olacaq. 10 Avropa ölkəsindən 15 nəfər iştirakçı Forumda iştiraka vəsiqə qazanıb.
Qeyd edək ki, bu ölkələr Fransa, Almanya, İsveçrə, Türkiyə, Böyük Britaniya, Polşa, İspaniya, Ukrayna, Belçika və Macarıstan ölkərənin gənc fəalları iştirak edəcək. Tədbirdə iştirak edəcək dövlət rəsmiləri, səfirliklər və ekspertlər barədə məlumat növbəti həftələrdə açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB