130 üzvə üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib

130 üzvə üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib

Ana Vətən Partiyası Şabran rayon təşkilatında partiya sıralarına yeni qəbul olunmuş 130 üzvə üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə Ana Vətən Partiyası Ali Məclisinin üzvləri Seymur Ağayev və Zülfiyyə Mustafayeva, Mərkəzi Aparatın Təşkilat şöbəsinin əməkdaşı Mikayıl İbrahimov iştrak edib. Çıxış edən Zülfiyyə Mustafayeva və Mikayıl İbrahimov yeni üzvləri partiya sıralarına qatılma münasibətilə təbrik edərək bu yolda onlara uğurlar arzu edib. Çıxışlarda əminlik ifadə olunub ki, onlar ölkənin ictimai siyasi həyatında, partiyanın gələcək fəaliyyətində yaxından iştirak edəcək və gördükləri işlərlə partiyanın nüfuzunu daha da artıracaq. Daha sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilmişdir. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə