Göygöldə YAP-ın yaradılmasının 21-ci ildönümü qeyd olunub FOTO

Göygöldə YAP-ın yaradılmasının 21-ci ildönümü qeyd olunub FOTO

Noyabrın 15-də Göygöl rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, rayon təşkilatının sədri Turani Əliyev yığıncağı açaraq tədbir iştirakçılarını salamlayıb və partiya üzvlərini ildönümü münasibətilə təbrik edib.

Sonra YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev geniş məruzə ilə çıxış edib.

Məruzəçi Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə partiya üzvlərini bir daha səmimi qəlbdən təbrik edib.

Tədbirdə həmçinin YAP Göygöl rayon təşkilatının Qadınlar Şurasının sədri Nuranə Quliyeva, Gənclər Birliyinin sədri Elşən Məmmədov, veteran YAP-çı Aliq Abbasov və başqaları çıxış edərək görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.

Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov fikir və tövsiyyələrini yığıncaq iştirakçıları ilə bölüşərək qeyd edib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində respublikamız sürətlə inkişaf edib. O, deyib ki, ölkəmizin hərtərəfli inkişafında YAP–ın xüsusi rolu var.

Sonda bir qrup partiya üzvünə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib, yeni üzvlərə vəsiqələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə