Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib

Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Xaçmaz regional ədliyyə şöbəsinin yenicə istifadəyə verilmiş binasında Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

SİA nazirliyin saytına istinadən xəbər verir ki, qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə