"Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi gənclərin elmi potensialını üzə çıxarmaq və onların elmi araşdırmalarına hərtərəfli dəstək vermək üçün mütəmadi olaraq bir sıra tədbirlər təşkil edir. SİA-nın məlumatına görə, 16 noyabr 2013 tarixində GEAD İctimai Birliyinin ofisində Azərbaycan Milli Elmlər Akademiyası Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Ramiz Məmmədov ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı qonağı salamlayaraq bu növ seminarların keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra M.Babaşlı İctimai Birliyin fəaliyyəti və həyata keçirdiyi işlər haqqında professora geniş məlumat vermiş, həmçinin qalib olduğu layihələr haqqında söz açıb.
Professor Ramiz Məmmədov görüşə dəvət olunduğuna və ona göstərilən diqqətə görə İctimai Birliyin rəhbərliyinə təşəkkür edib. Daha sonra qonaq gənc tədqiqatçılara Beynəlxalq və yerli layihələrdə Coğrafi İnformasiya Sistemlərindən istifadə haqqında ətraflı məlumat verib.
Görüşdə professor gənclərlə Coğrafi İnformasiya Sistemləri barədə fikir mübadiləsi aparmış, bu sahənin əhəmiyyətindən bəhs etmiş və gənclərin bu istiqamətdə yeni-yeni layihələrdə aktiv iştirakını arzu edib.
Səmimi şəraitdə keçən görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Ramiz Məmmədov onlara mövzu ilə bağlı dəyərli tövsiyələrini verib. Görüşün sonunda seminar iştirakçıları ilə xatirə şəki çəkdirilmiş, GEAD İctimai Birliyinin sədri, dosent M. Babaşlı tərəfindən səmimi keçən görüş üçün professor R. Məmmədova təşəkkür edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB