Aydın Quliyev: “Qəzetlərin maliyyədən şikayətlənməsi üçün heç bir əsas yoxdur” MÜNASİBƏT

Aydın Quliyev: “Qəzetlərin maliyyədən şikayətlənməsi üçün heç bir əsas yoxdur” MÜNASİBƏT

"Sonuncu dəfə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzetlərlə bağlı həyata keçirdiyi layihələr əsasında ən yüksək məbləğlə qalib gələn 12-13 qəzet var idi ki, onların arasında "Azadlıq" qəzeti də var. Belə olan halda "Azadlıq" qəzetinin maliyyə azlığı ilə bağlı fikirlər səsləndirməsi üçün heç bir əsas görmürəm". Bu sözləri SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Azadlıq" Qəzetinin KİVDF-dən ayrılan vəsaitin azlığı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "Azadlıq"qəzetinin bu cür fikirlər səsləndirməsi KİVDF-nin maliyyəsinin artmasına istiqamətlənirsə, o zaman buna başqa yolla da nail olmaq olar: "Məsələn ölkə baçısına, maliyyə nazirinə, deputatlara müraciət edə bilərlər ki, büdcədən KİVDF-yə ayrılan maliyyə vəsaiti artırılsın. Belə olan təqdirdə mətbuata da ayrılan vəsait arta bilər. Amma bu cür fikirlər səsləndirməklə məsələyə aydınlıq gətirmək düzgün deyil. Ümumiyyətlə Azərbaycanda ən yüksək məbləğlə müsabiqədə qalib gələn qəzetlərin maliyyədən şikayətlənməsi üçün heç bir əsas yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə