Sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir

Sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir

"İstirahət günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, noyabrın 17-də paytaxtda və yarımadada havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə isti olacaq.

Məlumata əsasən, sabah ölkənin bölgələrində əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı, ayrı-ayrı yerlərdə isə duman olacağı proqnozlaşdırılır: "Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə