Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Portuqaliya Paltforması arasında memorandum imzalanıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Portuqaliya Paltforması arasında memorandum imzalanıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Portuqaliyanın sabiq prezidenti Jorge Sampaionun Qlobal Platforması arasında əməkdaşlıq memorandumu imzalanıb. SİA-nın məlumatına görə, Memorandum əsasında hər iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi və dünyada təhsilin inkişaf etdirilməsi istiqamətində birgə layihələrin reallaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, sabiq prezident Jorge Sampaio Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvətini qəbul edərək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub.

Qeyd edək ki, dünyanın 25-dən çox nüfuzlu sabiq ölkə rəhbərləri və tanınmış ictimai xadimləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Dahi Azərbaycan şairi Nizami Gəncəvi irsini daim təbliğ edən mərkəz qısa müddətdə dialoq, tolerantlıq və qarşılıqlı anlaşmanın müzakirə olunduğu nüfuzlu beynəlxalq platform kimi özünü təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə