Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun noyabrın 16-da Xaçmazda vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, həmin gün saat 12:30-dan etibarən Xaçmaz regional ədliyyə şöbəsinin yeni binasında keçiriləcək qəbulda Xaçmaz və Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar Xaçmaz regional ədliyyə şöbəsi (Ünvan: Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 10a, əlaqə telefonları: (023) 325-18-88, (023) 325-17-96, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB