Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına yeni komandan təyin olunub.
Nazirlikdən SİA-ya verilən məlumata görə, Şahin isgəndər oğlu Məmmədov Daxilini qoşunların komandanı təyin edilib.
Ş.Məmmədov bundan əvvəl Daxili Qoşunların Qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Daxili Qoşunların sabiq komandanı Zakir Həsənov Azərbaycanın müdafiə naziri təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB