Səhiyyə naziri Şamaxıda vətəndaşları qəbul edib

Səhiyyə naziri Şamaxıda vətəndaşları qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 15-də Şamaxıda vətəndaşları qəbul edib.

SİA-nın məlumatına görə, mərkəzi rayon xəstəxanasında keçirilən və nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldığı qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı və Göyçay rayonlarından gəlmiş vətəndaşlar iştirak ediblər.

Qəbula gələn hər bir vətəndaş nazir Oqtay Şirəliyev tərəfindən diqqətlə dinləmişdir. Vətəndaşlar əsasən regionlarda mümkün olmayan ağır cərrahi əməliyyatlarla, xüsusilə ürək, böyrək əməliyyatları ilə, ixtisaslaşdırılmış klinikalarda müayinə və müalicə ilə, işə qəbul, diplomların təsdiqi və sair məsələlərlə bağlı müraciət ediblər. Onların istək və təkliflərinin həli ilə bağlı konkret tapşırıqlarını verib.

Bir çox müraciətlər operativ olaraq həllini tapıb. Bəzilərinin isə həll edilməsi ilə bağlı nazirliyin müvafiq qurumlarının rəhbərlərinə göstərişlər verilib.

Qəbula gələnlər nazirlə görüş üçün yaradılmış şəraitdən, onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə