Bəzi internet saytlarında Neftçala rayonunda müxtəlif sahələrdən davamlı şəkildə çox zaman təkrarən tənqidi məlumatlar yazılır. Rayonun rəhbərliyində təmsil olunan məmurlardan üzü aşağı təhsil işçilərini əhatə edən bu yazılar istənilən şəxs üçün ilk baxışda maraq yaradır və həqiqət olub olmaması tərəddüdün ortaya çıxmasına səbəb olur. Ona görə SİA-nın Aran bürosunun müxbiri Neftçalada olarkən ən çox barələrində tənqidi məlumatlar yayılan təhsil şöbəsinin müdiri Əjdər Kərimovla həmkarlar təşkilatının sədri Asudə Cəfərova barəsində yayılan məlumatların nə dərəcədə doğru olub olmamasını araşdırıb. Yazılanlara görə hər iki şəxs arasında guya vəzifə uğurunda savaş gedir. Savaşında yaranmasına səbəb isə icra hakimiyyəti başçısının müavini postu uğurundadır. Araşdırma nəticəsində məlum olub ki, hal hazırda icra başçısının müvini ştatlarından hələki vakant olanı yoxdur. Ən əsası Əjdər Kərimovla Asudə Cəfərovanın ixtisasına uyğun olan humanitar sahə üzrə müavin vəzifəsini hal hazırda icra edən Gültəkin xanım iş başındadır. Təhsil şöbəsinin müdiri Əjdər Kərimovla görüşüb öz dilindən yazılanlara münasibət öyrəndik. Ə.Kərimov ilk öncə bildirdi ki, mən 29 avqust 2013-cü il tarixdə Xolqarabucaq kəndinə gedəndə avtomabil qəzasına düşdüm. Aldığım xəsarətlərdən 2 ay xəstə yatdım. Noyabr ayının 4-də işə çıxdım. Yazılanların tam
yalan olmasının təsdiqi odur ki, mən ağır vəziyyətdə xəstə yatanda, öz canımın hayında olduğum halda necə icra başçısının müavini olmaq haqqında düşünə bilərəm? Asudə xanımla indiyə qədər aramışda 1 dəfədə olsun inciyliyimiz olmayıb. Hətta mübahisə belə etməmişik. Yazılan tənqidi məlumatların bir adı var boş, mənasız, əsasız və gülünc. Asudə Cəfərova ilə telefon əlaqəsi yaratdıq onunda münasibətini öyrəndik. A.Cəfərova bildirdi ki, 1984-cü il 29 noyabr tarixdən Neftçala təhsil işçilərinin həmkarlar təşkilatının sədriyəm. 57 yaşım var. Mənim hansısa vəzifəyə getmək heç ağlımada gəlməyib. Əjdər müəllimlə aramızda çox səmimi münasibətimiz var. Hər zaman bir yerdə fikir mübadiləsi edir, hansısa təhsil məsələsini müzakirə edib qərar qəbul etmişik. Yazılanlar hamısı ağ yalandan başqa bir şey deyil. Çünki Əjdər müəllim 2 ay avtomabil qəzasında aldığı xəsarətlərdən xəstə yatdı. Həmin vaxtları yazırdılar ki, guya biz vəzifəyə getmək uğurunda Əjdər müəllimlə savaşdayıq. Heç olmasa yazanda insaflı olub Allahı başlarının üstündə görsünlər. Araşdırma nəticəsində məlum oldu ki, Neftçala rayonu barəsində yayılan məlumatlar qərəzli və əsasızdır. Neftçala rayonunda həmin yazılara əhəmiyyət verən yoxdur. Hər kəs öz işilə məşquldur. Rayonda abadlıq, quruculuq, iri tikinti işləri öz axarı ilə davam etdirilir Neftçalanın siması, görkəmi tamamən dəyişir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB