Masallıda sahibkarlarla görüş olub FOTO

Masallıda sahibkarlarla görüş olub FOTO

Bu gün Masallıda Lənkəran iqtisadi rayonu üzrə "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Masallı rayonu İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq tədbir iştirakçılarını salamlayıb və tədbirin məqsədi barədə geniş çıxış edib.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, nazirliyin Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov iştirak edib.

Tədbirdə görülən işlərdən danışılıb, nümunəvi investisiya layihələrinin təqdimatı və Lənkəran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsi məsələləri barədə söz açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə