ARGTMŞ “Fərdi layihələrin reallaşsın” adlı görüşlər həyata keçirir

ARGTMŞ “Fərdi layihələrin reallaşsın” adlı görüşlər həyata keçirir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası "TODAY is SATURDAY" layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun həyata keçirdiyi "C" kateqoriyası üzrə "Fərdi layihələrin reallaşsın" adlı silsilə görüşlər keçirir. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşlərin əsas məqsədi "C" kateqoriyası üzrə gəncləri irəli sürdüyü ideya və təkliflərinin layihə formasında hazırlanması və reallaşmasında istiqamətləndirmək və bu sahədə gənclərin suallarını cavablandırmaqdır.

Qeyd edək ki, oktybar ayından başlayaraq həyata keçirilən 3 görüş zamanı müxtəlif universitet və təşkilatlardan 100-dən çox gənc iştirak edib. Görüşlər zamanı gənclər həm Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu haqqında bir sıra təqdimat xarakterli video-roliklərə baxmış və həmçinin Gənclər Fondunun rəsmilərinə öz suallarını ünvanlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə