Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilib

Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, iclası giriş sözü ilə açan Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov institutda 35 yaşına qədər 140 gənc alim və mütəxəssisin çalışdığını bildirib.

O, gənc alimlərin elmi fəaliyyətindən, AMEA-nın prezidenti akademik Akif Əlizadənin onlara göstərdiyi diqqət və qayğıdan danışıb.

Həmçinin, gənclərin beynəlxalq layihə və tədbirlərdə iştirakından, bu günlərdə institutda qonaq olmuş Nobel mükafatçıları ilə görüşündən bəhs edib.

Tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, İnnovasiya sektorunun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova seçilib.

Sonra S.Hüseynova tərəfindən şuraya üzvlərin adları təqdim olunub və 9 nəfərdən ibarət üzv qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə