"Hüseyn Cavid. Əsərləri" adlı kitabın təqdimat mərasimi keçirilib FOTO
Bu gün Milli Elmlər Akademiyasında Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun təşəbbüsü ilə Kaspi qəzeti və Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında istanbulda nəşr olunan "Hüseyn Cavid. Əsərləri" (İlk Türkiyə nəşri 2013) adlı kitabın təqdimat mərasimi keçirilib.
SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabın əhəmiyyətini vurğulayıb.
İ.Həbibbəyli H.Cavidin həyat və yaradıcılığından söhbət açıb.
O bildirib ki, Hüseyn Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan, romantizim-ədəbi cərəyanın banisidir.
Onun sözlərinə görə, Cavid cəmiyyətdə gedən prosesləri ədəbi dildə əks etddirib.
"Onun ilk kitabı 1913 cu ildə çap olunub. 100 ildən sonra Cavidin bu kitabı onun nəşrlərinin arasında möhtəşəm yerə malikdir. Türkiyədə çap olunan kitabda onun əsərləri öz əksini tapıb. Burada 9 dram əsəri yer alıb" - deyə o bildirib.
Millət vəkili əlavə edib ki, Hüseyn Cavid Türkiyədə təhsil alıb və Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsini gətirən ilk adamdır.
Bu kitabın ilk dəfə çap olunduğunu deyən İ.Həbibbəyli qeyd edib ki, Huseyn Cavidin bu kitabda əsas əsərlərini əhatə edilib.
"Kitab Hüseyn Cavidi Azərbaycan xalqına və dünyaya daha yaxşı tanıtdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Bu nəşr Hüseyn Cavidin əsərlərini təqdim etmək üçün önəmli bir nümunədir. Kitab ilə Hüseyn Cavid irsinin öyrənilməsində yeni bir mərhələ açılacaq. Bu nəşr Hüseyn Cavidin öyrənilməsi üçün mükəmməl mənbələrdən biridir".
Çıxış edən filologiya elmləri doktoru, professor Kamran Əliyev qeyd edib ki, bu nəşr fürsət verir ki, biz yenidən Hüseyn Cavidi araşdıraq.
Onun sözlərinə görə yazıçının əsərləri yenidən çap olunursa, o, yenidən doğulur.
Sonra çıxış edən Kaspi qəzetinin baş redaktoru, Hüseyn Cavidin əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyeva bildirib ki, Cavidin irfan adamı olması doğuşdan taleyinə kodla şifrələnib.
"Onun yaradıcılığı ilə daha yaxından tanış olduqdan sonra təsadüflərə şübhə etməyə başladım. Onun dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Allahın yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. H.Cavidin istanbula gəlməsi və təhsil alması isə onun dünyagörüşündə mühüm rol oynadı" -deyə Sona Vəliyeva bildirib.
O, əlavə edib ki, Ulu öndər Heydər Əliyev Hüseyn Cavidə məqbərə ucaltdı və bu Hüseyn Cavidə olan məhəbbətin, ehtiramın göstəricisi idi.
Sona Vəliyeva deyib ki, bu kibatın Hüseyn Cavidin tədqiq edilməsində böyük rolu olacaq.
Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB