İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
"Azərenerji" ASC-nin SİA-ya verdiyi məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 14 istehlakçının sayğacın uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 60 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,6 min manata yaxın istehlak dəyəri bərpa edilib. Qeyd edək ki, cari ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı burada 130-dan artıq qayda pozuntusu faktı aşkar edilərək 535,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 32,1 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 75 faizindən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, cari ilin 9 ayı ərzindı aşkar edilmiş qayda pozuntularına görə 18 istehlakçı barəsində toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.
Məlumata görə, cari ilin sentyabr ayında müəssisə üzrə 7,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 999 min kilovatsaat çoxdu. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 12 faizə yaxın çoxdu. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 377 min kilovatsaatdan çox artaraq 2,6 milyon kilovatsaatdan çox olub. Ödənişdə mütləq artım isə 7 faizdən artıqdı. Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyon kilovatsaata yaxın artaraq 65,5 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 8 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 min kilovatsaatdan çox artaraq 24,6 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 4 faizdən çox artıb. Sonda onu da qeyd edək ki, yenidənqurma və təmir işləri növbəti aylarda da davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB