Xaçmaz şəhərindən yayımlanan "Regional" Televiziya şirkətinin yaranmasından 6 il ötür. SİA-nın məlumatına görə, televiziya 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb və Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarında yayımlanır.
RTV-də həftəlik yayımın həcmi 133 saatdır. Yayımın 70%-i televiziyanın öz istehsalı olan proqramlar, 30% -i isə ödəniş əsasında müəlliflik hüququ ilə əldə olunan film, konsert və müxtəlif proqramlardır.
"Regional" Televiziyanın efirində öz istehsalı olan müxtəlif səpkili 22 proqram yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB