Kürdəxanıda 30 minə yaxın insan su ilə təmin olunacaq

Kürdəxanıda 30 minə yaxın insan su ilə təmin olunacaq

"Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrası uğurla davam etdirilir. Bu baxımdan da Kürdəxanıda 30 minə yaxın insanın su təchizatının yaxşılaşdırılması məqsədi ilə 26 milyon dollar məbləğində vəsait sərf olunaraq, 90 km-ə yaxın politelin borularla içməli su xətti çəkilmək üzrədir".

Bu haqda SİA-ya açıqlamasında "Azərsu"Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayilov bildirib.

A.Cəbrayılov onu da qey edib ki, bütövlükdə su təchizatının yaxşılaşdırılması istiqamətində "Azərsu" ASC müvəffəqiyyətli layihələr həyata keçirir: "Layihələr Bakının bütün qəsəbə və kəndlərini əhatə edəcək"

Bütün xəbərlər Facebook səhifəmizdə