Komitə sədri Fələstin rəsmisi ilə görüşüb

Komitə sədri Fələstin rəsmisi ilə görüşüb

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədri xanım Hicran Hüseynovanın Fələstin Dövlətinin Sosial məsələlər üzrə naziri Kamal E. M. Əl - Şərəfi ilə rəsmi görüşü keçirilib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə. görüş zamanı Fələstin Dövlətinin Sosial məsələlər üzrə naziri Kamal E. M.Əl-Şərəfi 11-12 noyabr tarixində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) ilə birgə üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin "İslam dünyasında Uşaqlar və urbanizasiya problemləri" mövzusunda IV konfransın yekun nətiçələri müzakirələr edilərək onun böyük əhəmiyyət daşıdığı bir daha vurğulanıb. Həmçinin konfransda imzalanan əməkdaşlıq proqramı, qəbul olunan qətnamələr və Bakı bəyannaməsinin uşaq hüquqlarının müdafiəsi istiqamətində müsbət nəticələr verəcəyi qeyd olunub

Fələstin Dövlətinin sosial məsələləri üzrə naziri Kamal E.M. Əl-Şərəfi Ermənistan - Azəzrbaycan - Dağlıq Qarabağ, həmçinin İsrail- Fələstin münaqişələrindən bəhs edərək, belə münaqişələrdə daha çox qadın və uşaqların əziyyət çəkdiyini, zorakılığa məruz qaldığını bildirilib. O, istənilən münaqişənin sülh yolu ilə həll edilməsinə daha çox üstünlük verdiklərini bildirdi: Azərbaycan dövlətinin inkişafı və beynəlxalq arenada özünü təsdiq etməsi dünya ölkələrinin bu respublikaya marağını artır.Məhz buna görə Fələstin dövləti Azərbaycan Respublikasında öz səfirliyin açıb.".

Görüş zamanı fələstinli nazir Azərbaycan dövlətinin uğur və nailiyyətlərini yüksək qiymətləndirdiklərini və bu təcrübədən yaralanmaq istədiklərini qeyd edib. Bu sahədə edilən hər bir dəstək və hər tərəfli əməkdaşlıq üçün əvvəlcədən öz təşəkkürünü bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova bildirib ki, Azərbaycan müstəqilliyin bərpa etdikdən sonra, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasət hazırda Azərbaycanı regionun ən güclü dövlətinə çevirib. Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində zorakılığa və təcavüzə məruz qalan qadın və uşaqların vəziyyəti dövlət siyasətinin prioritet məsələlərindəndir. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşən hər bir vətəndaşımızın sosial - mənəvi problemi bizi düşündürür , bu istiqamətdə kompleks şəkildə işlər aparılır.

Azərbaycan Respublikası qadın və uşaq məsələləri ilə bağlı möhkəm qanunvericilik bazasına malikdir. Biz Fələstin dövlətinə qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, qadınların kiçik və orta sahibkarlıqla məşğul olması, uşaq və qadınlara qarşı zorakılığın qarşısının alınması və sair məsələlərdə köməklik göstərə bilərik. Eyni zamanda qadın və uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq təşkilatlar səviyyəsində biri-birini dəstəkləmək məsələsi də müzakirə edilib.

Görüşün sonunda Komitə sədri və fələstinli nazir tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə