"Bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, paytaxtda və yarımadada havanın temperaturunun gecə 9-12, günün birinci yarısında 18 dərəcəyədək yüksələcəyi, axşama doğru 10-12 dərəcə isti olacağı gözlənilir.
Məlumata əsasən, Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir: "Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Günün ikinci yarısında və sabah ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Bu gün axşama doğru və sabah günün ikinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi, güclü xəzri küləyi və temperaturun 5-7 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB