"9 Noyabr-Dövlət Bayrağı Günü" və "12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü" münasibətilə Binəqədi rayon Gənclər və İdman İdarəsi və 26 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülkü Müdafiyə Qoşunlarının "N" saylı hərbi hissəsində əsgərlərlə görüş keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbrə görə, tədbirdən əvvəl Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.
İlk öncə çıxış edən hərbi hissənin şəxsi heyətlə iş üzrə bölməsinin rəisi polkovnik-leytenant Zabil Əliyev gələn qonaqları salamlayıb və Azərbaycan bayrağının tarixindən danışaraq qeyd edib ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir. O, xüsusilə vurğulayıb ki, bayrağımıza hörmət, ehtiram, sevgi və qayğı hər bir gəncin, hər bir vətəndaşın borcudur.
Tədbirdə çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov əlamətdar gün - "9 Noyabr-Dövlət Bayrağı Günü" münasibətilə tədbir iştirakçılarını təbrik edərək dövlətimizin bayrağının daim yüksəklərdə dalğalanmasını arzu edib. Bundan əlavə, o, müstəqil Azərbaycanın əsas qanunu "12 Noyabr – Azərbaycan Respublikası Konstitusiyası Günü" münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu əlamətdar günlərin Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bəxş etdiyi tarixi xidmətlərdən biri olduğunu vurğulayıb.
Rəsmi hissənin ardınca baş tutan bədii hissədə Binəqədi rayonu 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin "Bədii qiraət" dərnəyinin üzvləri Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev, dövlətçilik, Vətən və üşrəngli bayrağımıza həsr olunmuş şeirlər səsləndiriblər.
Daha sonra tədbir 26 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB