"Bu gün Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyası hələ də davam edir". Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov məlumat verib. O bildirib ki, saat 17-00-a olan məlumata görə, QMİ tərəfindən 13 yerdə təşkil olunan aksiyada artıq 10 min insan qan verib.
Onun sözlərinə görə, bu gün QMİ və Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi aksiyalardan əlavə yerlərdə də qanvermə aksiyası keçirilib: "Hətta bəzi yerlərdə qanvermə aksiyası sabah da davam edəcək. Bura Cənub zonası da daxildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB