Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya müraciət edən şəxslərlə görüşmək məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında, 16 saylı cəzaçəkmə müəssisəsində (CÇM) və 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində olublar.
Aparatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Ombudsmanın nümayəndələri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənib, Ombudsmanın səlahiyyətlərini izah edib, şikayətlər diqqətlə dinlənilib.
Hər üç müəssisədə, o cümlədən 16 saylı CÇM-in cərimə təcridxanasında qəbul edilən 30 nəfərədək şəxslə fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməyiblər.
16 saylı CÇM-in cərimə təcridxanasında standartlara uyğun yeni iki kameranın istifadəyə verilməsi müsbət hal kimi qiymətləndirilib.
Eyni zamanda 3 saylı İstintaq Təcridxanasında saxlanılan bir sıra şəxslər barələrində olan cinayət işləri üzrə istintaqın qeyri-obyektiv aparılmasından, 16 saylı CÇM-dəki məhkumlar isə barələrində çıxarılmış məhkəmə qərarlarından narazılıqlarını bildiriblər.
Başçəkmənin nəticələri və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər üç müəssisənin rəhbərlərinə müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB