Enerji sisteminin dayanıqlılığının artırılması üçün əsaslı işlər aparılır
İstehlakçılara göstərilən xidmətın keyfiyyətini daha da yaxşılaşdırmaq və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, "Samux" elektrik şəbəkəsindən (EŞ) "Azərenerji" ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, burada cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 45-dən artıq istehlakçının sayğacın uçot komplektini pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 416,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 25 min manata yaxın istehlak dəyəri bərpa edilib.
Qeyd edək ki, cari ilin 9 ayı ərzində keçirilmiş reydlər nəticəsində aşkar edilmiq qayda pozuntularına görə 367 ədəd akt tərtib olunub. Nəticədə 4 milyon 24,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 241,5 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmiş və debitor borcun qalan hissəsinin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür. Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində aşkar edilmiş qayda pozuntularına görə 13 istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq- mühafizə orqanlarına göndərilib.
Mənbə onu da bildirdi ki, cari ilin sentyabr ayında müəssisə üzrə 9,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak ediblər ki, bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 1,5 milyon kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 13 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 127 min kilovatsaat artaraq 1,8 milyon kilovatsaata yaxın olub. Yeri gəlmişkən, cari ilin 9 ayı ərzində müəssisə üşrə ümumi istehlak 82,1 milyon kilovatsaata yaxın olub. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,7 milyon kilovatsaatdan, ödəniş isə mütləq 7 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon kilovatsaata yaxın azalaraq 16,3 milyon kilovatsaata yaxın təşkil etmiş, ödənişdə mütləq artım isə 10 faizdən artıq olub.
Yaxın gələcəkdə enerji sistemin dayanıqlığının daha da artırılması məqsədilə şəbəkənin balansında olan digər müxtəlif güclü TM və EVX-lərdə əsaslı təmir işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB