"Sumqayıtda qocalar evinin tikilməsi vacibdir"

"Sumqayıtda qocalar evinin tikilməsi vacibdir"

"Sumqayıtın sosial infrastukturu çox zəifdir, sovet vaxtı tikilib və bu günün təlabatına cavab vermir. Sosial infrastruktur mütləq dövlət proqramlarında əks olunmalıdır". SİA-nın məlumatına görə, bu təkliflə millət vəkili Muxtar Babayev parlamentin bugünkü iclasında çıxış edib.

Onun sözlərinə görə, Sumqayıtın yataqxana problemi də var: "Keçmiş sovet ittifaqı vaxtında müvəqqəti yaşayış üçün tikilmiş yataqxanalarda indi 25-30 min nəfər yaşayır. Bu isə Sumqayıtın ümumi əhalisinin 8-10 faizidir. Həmin yataqxanalarda əsaslı təmir işləri aparmalıdır. Sumqayıt şəhəri özünü dolandırmaq sxemləri ilə yanaşı yataqxanaların təmirini öz üzərinə götürə bilməyəcək. Çünki Sumqayıtın özünün bura maliyyə ayırması mümkünsüzdür. Şəhərə miqrasiya artır. Qeyri-rəsmi məlumata görə bu gün Sumqayıtda 4 yüz mindən artıq adam var. Burada qocalar evinin tikilməsi və istismara verilməsi də vacibdir. Bu, uzun müddətdir gündəmdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə