Çingiz Qənizadə işıqfor məsələsinə aydınlıq gətirdi

Çingiz Qənizadə işıqfor məsələsinə aydınlıq gətirdi

Mən həqiqətən də Nəqliyyat Nazirliyinin nəzdində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətini tənqid etmişəm. Şəhərdə tıxac probleminə səbəb olan faktlardan biri də işıqforların bəzən işləməməsi, bəzən də tez yanıb sönməsi, bəzi yerlərdə isə ehtiyac olmadan işıqforun sarı işığının aramsız olaraq yanıb sönməsini tez və operativ tənzimləmək üçün işıqforlara nəzarət və tənzimləməni Dövlət Yol Polisinə tabe olunmasını təklif etmişəm. Çünki bəzən qeyd etdiyim işıqfor problemi ilə əlaqədar DYP əməkdaşlarının nə qədər əziyyət çəkdiklərinin şahidi oluruq. Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə deyib.

O bildirib ki, bəzi mətbuat orqanları onun təklifini iki nazirlik arasında gedən səlahiyyət savaşı kimi təqdim etməklə məsələni başqa səmtə yönəltməyə üstünlük veriblər.

Millət vəkilinin şəxsi fikirlərini nazirliklərarası səlahiyyət davası kimi təqdim etməklə əslində mətbuat mövzunu hamımızın yaşadığı tıxac probleminin həlli yollarının tapılmasına mane olur.

Bütün xəbərlər Facebook səhifəmizdə