Ucar şəhərində fəaliyyət göstərən fiziki şəxs Qurbanov Elxana məxsus sexdə çörək istehsalı qadağan edilib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Ucar şəhəri, H.Əliyev prospekti 21 ünvanında yerləşən fiziki şəxs Qurbanov Elxana məxsus çörək sexində dövlət nəzarəti həyata keçirilib.
Dövlət Komitəsindən SİA-nın verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, sexdə gigiyenik və sanitariya norma və qaydaları kobud şəkildə pozulmuş, hazır məhsullara uyğunluq setifikatı alınmayıb, xammallar natəmiz şəraitdə saxlanılıb, standartın təhlükəsizlik və digər tələbləri pozulub. Həmçinin, istismar olunan ölçmə vasitələri dövlət yoxlanışından keçirilməyib çörəyin sınaqları aparılmadan satışa çıxarılıb.
Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib, müəssisədə çörəyin istehsalı və satışı qadağan edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB