Kamilə Əliyeva: "MİS-lər bələdiyyələrə verilsin"

Kamilə Əliyeva: "MİS-lər bələdiyyələrə verilsin"

"Bu gün mənzil istismar sahələrinin arayış verməkdən başqa işi yoxdu. Halbuki, büdcədən bu sahəyə 28 milyon manat pul ayrılır. Fikrimcə mənzil istismar idarələri bələdiyyələrə verilməli və o pul bələdiyyələrə ayrılmalıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında büdcə layihəsinin müzakirəsi zamanı çıxış edəm millət vəkili Kamilə Əliyeva deyib.

Millət vəkili, həmçinin seçildiyi rayondakı problemlərdən də danışıb: "Seçildiyim Zaqatala rayonu insanların istirahəti üçün turizm zonasıdır. Lakin bu rayonda turizmin inkişafı üçün heç bir iş görülmür. Üzümü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən xahiş edirəm ki, rayona diqqəti artırsın. Büdcədən bu rayonda turizm sektorunun inkişaf etdirilməsi üçün əlavə pul ayrılmasını təklif edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə