Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə qan verdi

Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə qan verdi

Bu gün Təzə Pir Məscidində Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə qan verib. SİA-nın məlumatına görə, qanvermədə QMİ sədrinin müavini Hacı Sabir və Təzə pir məscidinin axundları da iştirak ediblər.

Şexülislam bütünmüsəlmamlara baş sağlığı verib. O kərbala hadisələrində həlak olanlara və şəhidlərimizə rəhmət diləyib: "Mən Aşura günündə bütün müsəlmanlara baş sağlığı verirəm. Allah təaladan arzu edirik ki, 72 şüada xətrinə Kərbala şəhidləri ilə birlikdə bizim də şəhidlərimizi rəhmət etsin. Allah Təala bizə işğal olunmuş torpaqlarımızın tezliklə azad olunmasını bizə nəsib etsin. Bu gün əlbəttə böyük, əzəmətli bir gündür. Bu gün biz həmişə keçirmişik. Sovet dövründə və bugünkü gündə də çətinliklərimiz olsa da, İmam Hüseyn eşqini bu günə qədər gətirib çıxarmışıq. Amma Müstəqillikdən sonrakı dövrlərdə Aşuramız günündə qeyd etdiyimiz İmam Hüseyn tərziyələri daha fəal qanuna uyğun şəkildə keçirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə